
Sanço ilə bağlı qərar verilib
“Mançester Yunayted”in vingeri Ceydon Sançonun klubda qalması ehtimalı azdır.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “qırmız şeytanlar”ın rəhbərliyi bu yay Sançonu satmaq niyyətindədir və artıq potensial təklifləri gözləyir.
25 yaşlı futbolçu icarə əsasında “Çelsi”də keçirdiyi mövsümdən sonra “Mançester Yunayted”ə qayıdıb. London təmsilçisi onu birdəfəlik transfer etmək öhdəliyindən imtina edib və hətta geri göndərmək üçün cərimə də ödəyib.
Həm klub, həm də futbolçu yollarını tam ayırmaq istəyir. Növbəti icarə variantı heç bir tərəf üçün prioritet deyil.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



