MY onun satışından 40 milyon avro qazanmaq istəyir
“Mançester Yunayted” hücumameyilli yarımmüdafiəçi Ceydon Sanço üçün tələb olunan məbləğ ödənilsə, onunla ayrılmağa hazırdır.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi ingiltərəli futbolçunun satışından 40 milyon avro qazanmaq istəyir.
Sanço 2021-ci ilin iyulundan “Mançester Yunayted”də çıxış edir. PSJ vingerin xidmətində maraqlıdır.
24 yaşlı futbolçu ötən mövsümün ikinci yarısını Dortmund “Borussiya”sında icarə əsasında keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun MY ilə müqaviləsi 2026-cı ildə başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin