MY Ronaldonu 887 min avro cərimələdi!

“Mançester Yunayted” “Tottenhem”lə oyundakı (2:0) davranışına görə Kriştiano Ronaldoya sanksiya tətbiq edib.

Komanda.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, 37 yaşlı futbolçu iki həftəlik maaşı (887 min avro) məbləğində cərimələnib.

Ronaldo əvvəllər “Mançester Yunayted”də daha çox maaş alırdı. Belə ki, onun iki həftəlik maaşı məbləğində cəriməsi 1,1 milyon avro təşkil edəcəkdi. Lakin yayda “qırmızı şeytanlar” bəzi futbolçuların maaşını 25 faiz azaldıb – komanda Çempionlar Liqasına düşə bilmədiyi üçün. Buna görə də, indi Ronaldo həftədə təxminən 443,5 min avro alır.

Bundan əvvəl hücumçu İngiltərə Premyer Liqasının 13-cü turunun “Çelsi” ilə oktyabrın 22-də keçiriləcək oyunun iştirak ərizəsinə daxil edilməyib. Baş məşqçi Erik ten Haqın Ronaldonu heyətdən kənarlaşdırmasına səbəb onun “Tottenhem”lə oyunda (2:0) etdiyi hərəkət olub. Belə ki, Ronaldo matçın sonunu gözləmədən, ehtiyat oyunçular skamyasını tərk edərək, stadiondan gedib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button