Reşford üçün 3 klubla danışıqlar aparılır

“Mançester Yunayted”in hücumçusu Markus Reşford bir sıra klubların hədəfində olmaqda davam edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Ruben Amorimin rəhbərliyi altında öz yetirməsini layihənin bir hissəsi kimi görmür, ona görə də, onu icarəyə buraxmağa, sonra isə daimi əsaslarla yollarını ayırmağa hazırdırlar.

Reşfordun təmsilçisi artıq “Milan”, “Yuventus” və Dortmund “Borussiya”sı ilə müzakirələr aparıb. Ancaq “Komo”nun istəyi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. İtaliyadan gələn söz-söhbətlərə baxmayaraq, bu klubla heç bir danışıqlar aparılmayıb və ingiltərəli oyunçu belə variantı nəzərdən keçirmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button