Reşford seçimini etdi
Markus Reşford “Mançester Yunayted”lə müqaviləsini uzadır.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, İngiltərə klubu hücumçu ilə 2028-ci ilə qədər hesablanmış yeni müqavilə bağlamaq üçün razılığa gəlib.
Məlumatda qeyd olunur ki, Reşford İngiltərə və Avropanın bəzi klublarından daha yaxşı təkliflər alsa da, o, “MançesterYunayted”də qalmağı seçib.
İngiltərəli forvard ötən mövsümdə “qırmızı şeytanlar”ın heyətində bütün turnirlər daxil olmaqla 53 oyuna çıxıb, 29 qol vurub və 11 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin