MY Reşfordun qiymətini müəyyənləşdirib
“Mançester Yunayted” hücumçu Markus Reşfordla ayrılmaq istədiyi qiyməti təyin edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 27 yaşlı futbolçunun satışından 60 milyon avro civarında gəlir əldə etmək istəyir.
Reşfordla “Barselona”, PSJ, “Napoli” və Səudiyyə Ərəbistanı klubları maraqlanır.
İngiltərəli forvard cari mövsümdə İngiltərə Premyer Liqasında 15 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “Mançester Yunayted”lə hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin