“Mançester Yunayted”in Reşfordla bağlı şərti var
“Mançester Yunayted”in hücumçusu Markus Reşford bu ay klubu tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi maaş hesabını azaltmaq üçün yanvarda ingiltərəli forvardla ayrılmağa hazırdır.
“Mançester Yunayted” 27 yaşlı futbolçunu sonradan satın alma şərti ilə icarəyə göndərmək istəyir. Son günlərdə “Milan”ın onu transfer etməkdə maraqlı olduğu bildirilir.
MY Reşfordun icarə müddəti ərzində maaşının bir hissəsini ödəyə bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin