MY Reşforda qiymət qoyub

“Mançester Yunayted”in hücumçusu Markus Reşford yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

“Qırmızı şeytanlar”ın rəhbərliyi ingilis forvardı satmağa hazırdır və ona qiymət qoyub. Klub Reşfordun satışından 80 milyon avro qazanmağı gözləyir.

Reşford ötən mövsüm 43 matçda iştirak edib, 8 qol vurub və 5 məhsuldar ötürmə verib. “Mançester Yunayted”lə forvard arasındakı müqavilə 2028-ci ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button