MY “Qarabağ”ın rəqibinin futbolçusunu istəyir

“Bayer”in (Leverkuzen) futbolçusu Esekiel Palasios karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az “All transfer”-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” 25 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlanır.

“Qırmızı şeytanlar” argentinalı oyunçu üçün “Aston Villa” və “Nyukasl”a mübarizə aparacaq.

Palasios cari mövsümdə bütün turnirdə 22 matçda iştirak edib, 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Leverkuzen təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayınadək nəzərdə tutulub. 

“Bayer” Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button