
“Mançester Yunayted” 2 müdafiəçisini itirdi
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Türkiyənin “Başakşəhər” klubuna 4:1 hesabı ilə qalib gələn “Mançester Yunayted” ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar”ın iki müdafiəçisi – Viktor Lindelöf və Aaron Van-Bissaka İstanbul klubu ilə matçda zədələnib. Bu barədə komandanın baş məşqçisi Ole-Qunnar Sulşer məlumat verib.
Lindelöf fasilədən sonra, Van-Bissaka isə oyunun 58-ci dəqiqəsində meydanı tərk edib. Onların vəziyyətlərinə tibbi müayinədən sonra aydınlıq gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin