MY PSJ-nin tələb etdiyi pulu ödəməyə hazır deyil

PSJ rəhbərliyi “Mançester Yunayted”in transfer etməkdə maraqlı olduğu yarımmüdafiəçi Manuel Uqartenin satışını nəzərdən keçirməyə hazırdır.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, Fransa klubu uruqvaylı futbolçunun transferindən 70 milyon avro qazanmaq istəyir.

“Qırmızı şeytanlar” bu məbləği ödəməyə hazır deyil. Onlar futbolçunun icarəsi ilə bağlı parislilərlə razılığa gəlmək istəyir.

PSJ bir il əvvəl 23 yaşlı yarımmüdafiəçini “Sportinq”dən 60 milyon avroya alıb.

Uqarte Liqa 1-in son mövsümündə 25 oyun keçirib, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button