“Mançester Yunayted” PSJ ilə razılığa gəlib
“Mançester Yunayted” uruqvaylı yarımmüdafiəçi Manuel Uqarte üçün PSJ ilə razılığa gəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 23 yaşlı futbolçu üçün parislilərə 50 milyon avro ödəyəcək. PSJ bonus olaraq daha 10 milyon avro ala bilər. Uqarte “Mançester Yunaayted”ə keçməzdən əvvəl bu gün tibbi müayinədən keçməlidir.
Uqarte 2023-cü ilin yayında “Sportinq”dən 60 milyon avroya transfer olunaraq, PSJ-nin futbolçusu olub. O, ötən mövsüm Fransa Liqa 1-də 25 matçda 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin