MY 17 yaşlı futbolçunun transferi ilə bağlı razılığa gəlib

“Mançester Yunayted” “Syerro Porteno”nun müdafiəçisi Dieqo Leonu transfer etmək üçün şifahi razılığa gəlib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, paraqvaylı futbolçunun transferi üçün ilkin ödəniş 3,8 milyon avro, üstəgəl əlavə 1 milyon avro və oyunçunun, ya da, komandanın gələcək nailiyyətlərindən asılı olaraq 3,3 milyon avrodan çox olacaq.

17 yaşlı müdafiəçinin İngiltərə klubuna 2025-ci ilin iyulunda gələcəyi qeyd olunur. O, “Syerro Porteno”nun yetirməsidir.

Dieqo cari mövsümdə Paraqvay klubunun heyətində 19 matçda iştirak edib və 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button