
MY futbolçusu ilə bu gün yeni müqavilə imzalayacaq
“Mançester Yunayted”in vingeri Amad Diallo klubu ilə müqavilə müddətini uzadacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni müqavilə bu gün imzalanacaq və 2030-cu ilin iyun ayına qədər qüvvədə olacaq.
22 yaşlı Diallo “Mançester Yunayted”də mövsümün əsas oyunçularından birinə çevrilib. O, İngiltərə Premyer Liqasında “qırmızı şeytanlar”ın heyətində 18 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
Diallonun transfer dəyəri 25 milyon avro qiymətləndirilir. O, 2021-ci ilin yanvarında 21 milyon avro qarşılığında “Atalanta”dan “Mançester Yunayted”ə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin