
MY Osimheni transfer etmək planından vaz keçib
“Mançester Yunayted” hücumçu Viktor Osimhen üçün mübarizədə iştirak etməmək qərarına gəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, cari mövsümü icarə əsasında “Qalatasaray”da keçirən “Napoli”nin 26 yaşlı futbolçusunun növbəti transfer pəncərəsində satılma ehtimalı yüksəkdir.
“Mançester Yunayted” nigeriyalı forvarda əsas namizədlərdən biri hesab olunurdu, ancaq görünür, klub diqqətini digər hücumçulara yönəltmək qərarına gəlib. “Qırmızı şeytanlar”ın rəhbərliyi onunla müqavilə imzalamaq fikrindən vaz keçib.
“Arsenal” və “Çelsi” ilə yanaşı, Səudiyyə Ərəbistanı çempionatının təmsilçiləri də Osimhenlə maraqlanmaqda davam edir. “Transfermarkt” onun dəyərini 70 milyon avro qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



