MY onunla müqaviləni uzadacaq
“Mançester Yunayted”in vingeri Amad Diallonun müqaviləsi uzadılacaq. O, bu mövsüm “qırmızı şeytanlar”ın əsas heyətində yer alıb, 5 matçın 4-də çıxış edib.
Komanda.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, ingilislər 22 yaşlı futbolçu ilə müqavilənin istənilən halda uzadılmasına qərar verib.
Diallo yeni razılaşma əldə etməsə, klub oyunçunun hazırkı mövsümün sonunda azad agent kimi getməsinin qarşısını almaq üçün cari müqaviləni avtomatik uzatmaq (2026-cı ilin yayına qədər) seçimini aktivləşdirəcək.
Diallo cari mövsümdə 5 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin