MY onunla müqaviləni uzada bilər
“Mançester Yunayted” futbolçusu Alexandro Qarnaço ilə müqavilənin müddətini uzada bilər.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, yeni sözləşmə 2028-ci ilə qədər qüvvədə olacaq. Öncədən futbolçu ilə “Real” və “Yuventus”un maraqlandığı bildirilirdi.
Qarnaçonun klubla hazırkı müqaviləsi 2024-cü ilə qədər qüvvədədir.
O, bu mövsüm “qırmızı şeytanlar”ın heyətində bütün turnirlər daxil olmaqla 20 oyuna çıxıb, iki qol vurub və beş məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin