MY millinin hücumçusu üçün yarışdan geri çəkilib

“Brentford”un hücumçusu İvan Toni “Mançester Yunayted”ə keçməyəcək.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” İngiltərə millisinin oyunçusuna namizəd kimi göstərilsə də, müqavilənin reallaşması çətin görünür.

“Mançester Yunayted” artıq Toniyə namizəd deyil. “Brentford”un forvardı Səudiyyə Ərəbistanına köçə bilər. Onun nümayəndələri artıq “Əl-Əhli” ilə üç illik müqaviləni müzakirə edirlər.

Toni İngiltərə Premyer Liqasının ötən mövsümündə 17 matçda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button