Dzeko üçün hərəkətə keçirlər

“Mançester Yunayted” “İnter”in hücumçusu Edin Dzeko ilə maraqlanır.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” futbolçunun mümkün keçidi üçün danışıqlara başlayacaq.

Öncədən “Roma”nın da bosniyalı oyunçu ilə maraqlandığı bildirilirdi.

Dzeko 2021-ci ilin yayından “İnter”də çıxış edir. 36 yaşlı futbolçunun klubla müqaviləsi 2023-cü ilin iyununa qədərdir.

O, bu mövsüm “İnter”in heyətində 23 oyuna çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button