MY onun üçün 50 milyon avro təklif etməyə hazırdır

“Mançester Yunayted” “İnter” klubunun qapıçısı Andre Onana üçün 50 milyon avro təklif etməyə hazırdır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, qolkiper “Ayaks”da çıxış etdiyi dönəmdən (2016-2022) “qırmızı şeytanlar”ın çalışdırıcısı Erik ten Haqın diqqətini çəkib.

“Neradzurra” futbolçusu üçün 60 milyon avrodan başlayan təklifləri nəzərdən keçirməyi düşünür. Kamerunlunun özü Mançester təmsilçisi ilə 2028-ci ilə qədər, mövsümlük 6 milyon avro maaşla müqavilə təklifinə müsbət yanaşır.

Onana 2022/23 mövsümündə Milan təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 41 oyuna çıxıb, 36 qol buraxıb və 19 dəfə qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button