
MY onun transferini yekunlaşdırmaq üzrədir
“Mançester Yunayted” rəhbərliyi “Vulverhempton”un hücumçusu Mateus Kunyanın transferi ilə bağlı hələlik razılığa gələ bilməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər sözləşmənin bağlanması üzərində fəal işləməyə davam edirlər. “Qırmızı şeytanlar” hazırda braziliyalı futbolçu ilə müqavilənin yekun detalları üçün danışıqlar aparır.
25 yaşlı forvard bu mövsüm bütün yarışlarda 32 matçda meydana çıxıb, 17 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin