
MY braziliyalı futbolçu uğrunda mübarizədə başqalarını qabaqlayır
“Atalanta”nın yarımmüdafiəçisi Ederson karyerasını İngiltərə çempionatında davam etdirə bilər.
Keçən yay və qışda braziliyalı futbolçu ilə “Mançester Yunayted” də daxil olmaqla İngiltərənin top-klublarının maraqlandığı deyilirdi. Qarşıdakı mövsümlərarası fasilədə də vəziyyət dəyişməyəcək.
Komanda.az “Quotidiano Sportivo”-ya istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 25 yaşlı futbolçuya əsas namizəddir. “Mançester Yunayted” “Atalanta”nın oyunçusu uğrunda mübarizədə digər Premyer Liqa təmsilçilərini qabaqlayır.
Ederson cari mövsümdə Berqamo komandasının heyətində 43 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



