
“Mançester Yunayted”dən “Real”a “yaşıl işıq”
“Benfika”nın müdafiəçisi Alvaro Karrerasın yaxın vaxtlarda “Real”a keçidi baş tuta bilər.
Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
İspaniyalı futbolçunun keçidi ilə bağlı danışıqlar yekun mərhələdədir. “Mançester Yunayted”in bu transferi əngəlləmək imkanı olsa da, klub sonda madridlilərlə razılaşıb. İngiltərə təmsilçisi Karrerasın geri alınması hüququna malik idi, ancaq onlar bu hüquqdan istifadə etməmək qərarına gəlib.
Transferin məbləğinin 40–50 milyon avro arasında olacağı gözlənilir. “Benfika” 22 yaşlı müdafiəçi üçün minimum qiymət olaraq 40 milyon avro müəyyənləşdirib.
Bu transferdən “Mançester Yunayted” də maliyyə baxımından faydalanacaq. “Qırmızı şeytanlar” 18 milyon avro gəlir əldə edəcək ki, bu da onların Karrerası geri almaq üçün ödəməli olduğu rəqəmə uyğun gəlir.
Karreras vaxtilə bir neçə il “Real”ın akademiyasında çıxış edib və indi bu keçidlə doğma klubuna geri dönmüş olacaq.
Bizi Facebook-da izləyin



