MY argentinalı hücumçu üçün 150 milyon avro təklif etməyə hazırdır

“Atletiko”nun hücumçusu Xulian Alvares karyerasını İngiltərə çempionatında davam etdirə bilər.

Komanda.az “OK Diario”-ya istinadən xəbər verir ki, argentinalı futbolçunun xidmətində “Mançester Yunayted” maraqlıdır.

“Qırmızı şeytanlar” yay transfer pəncərəsində Alvares üçün 150 milyon avro təklif etməyə hazırdır. MY bu mövsüm onun “Atletiko”dakı çıxışına heyran qalıb.

25 yaşlı forvard hazırkı komandasında hər şeydən razıdır və ayrılmağı planlaşdırmır. O, Madrid klubuna 2024-cü ilin yayında “Mançester Siti”dən keçib.

Alvares bu mövsüm 36 oyun keçirib, 17 qol vurub, 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button