MY müdafiəçisi üçün təklif gözləyir

“Mançester Yunayted” müdafiəçilərindən biri ilə yollarını ayırmağa hazırdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub yayda rəhbərliyin planlarına daxil olmayan Aaron Van Bissaka üçün təklifləri dinləyəcək.

İngiltərəli futbolçu baş məşqçi Erik ten Haqdan o qədər də etimad görmür. Klub yayda Ceremi Frimponqun (“Bayer”) simasında daha bir sağ cinah müdafiəçisi almaq istəyir, lakin niderlandlını transfer etmək üçün müdafiədə həmin mövqeyini boşaltmaq lazımdır.

Van Bissakanın adı əvvəllər “Kristal Pelas”la yanaşı hallanırdı. O, bu mövsüm İngiltərə Premyer Liqasında 18 oyunda 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button