MY onu icarəyə götürəcəyinə ümid edir
“Mançester Yunayted” “Bayern”in hücumçusu Mateys Telin “qırmızı şeytanlar”a transferinə meylli olduğuna inanır.
Komanda.az xəbər verir ki, bu barədə “Teamtalk” nəşri məlumat yayıb.
“Qırmızı şeytanlar” fransalı futbolçunu icarəyə götürməyə ümid edirlər. “Bayern” isə onun tam transferini istəyir. Tərəflər anlaşa bilməsələr, razılaşma yaya qədər təxirə salınacaq.
Telin bazar dəyəri 30 milyon avro qiymətləndirilir. Onun münhenlilərlə hazırkı müqaviləsi 2029-cu ilin ortalarında başa çatacaq. O, bu mövsüm 14 matçda iştirak edib, 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin