Portuqaliyalı futbolçu “Mançester Yunayted”ə keçə bilər – Azad agent kimi

“Vulverhempton”un müdafiəçisi Nelson Semedo İngiltərənin başqa bir klubunda oynaya bilər.

Komanda.az “Football Transfers”-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun xidmətində “Mançester Yunayted” maraqlıdır.

31 yaşlı oyunçu yayda sərbəst agent kimi “qırmızı şeytanlar”ın heyətinə qoşula bilər. O, 2024/25 mövsümündə “Vulverhempton”un heyətində 38 oyunda iştirak edib, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

“Mançester Yunayted” Premyer Liqada cari mövsümü turnir cədvəlinin 15-ci, “Vulverhempton” isə 16-cı pilləsində başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button