MY İtaliya klubları ilə danışıq aparır – Hücumçularını satmaq üçün

“Mançester Yunayted” hücumçuları Rasmus Hoylundun və Coşua Zirkzenin mümkün transferi üçün İtaliya klubları ilə danışıqlar aparır.

Komanda.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

“Qırmızı şeytanlar” artıq “İpsviç”in hücumçusu Liam Delap və “Bornmut”un forvardı Antuan Semenyo üçün də təklif irəli sürüb. Bu futbolçular Hoylund və Zirkzeyə alternativ kimi nəzərdən keçirilir.

Bundan əlavə, “Mançester Yunayted” “Vulverhempton”un hücumçusu Mateus Kunyanın transferini yekunlaşdırmağa yaxındır. Braziliyalı futbolçunun keçidi 60 milyon funt sterlinqə başa gələ bilər.

Danimarkalı forvard Hoylund cari mövsümdə bütün turnirlərdə 50 oyunda iştirak edərək, 10 qol vurub və 4 məhsuldar ötürmə edib. Niderlandlı hücumçu Zirkze isə 48 matçda 7 qol və 3 ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button