MY 19 yaşlı futbolçuya yeni müqavilə təklif edəcək

İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Meyson Qrinvudu komandada saxlamaq niyyətindədir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 19 yaşlı futbolçuya yeni müqavilə təklif edəcək. Yeni müqavilənin 2025-ci ilin yayınadək nəzərdə tutulacağı bildirilir.

Qrinvudun hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Futbolçu cari mövsümdə iştirak etdiyi 15 oyunda 3 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button