MY Serbiya millisinin qapıçısı ilə danışıqlara başlayıb

“Mançester Yunayted” qapıçısı Andre Onanaya əvəzləyici axtarışlarını davam etdirir.

Kamerunlu qolkiper mövsüm ərzində bir sıra kobud səhvlərə yol verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın növbəti namizədi Serbiya millisinin və “Torino”nun qapıçısı Vanya Milinkoviç-Saviçdir. Artıq tərəflər arasında ilk danışıqlar aparılıb.

Serbiyalı qolkiper bu mövsüm bütün yarışlarda 36 oyun keçirib, 39 qol buraxıb və 11 matçda qapısını toxunulmaz saxlaya bilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button