
“Mançester Yunayted” 30 milyon avroya hücumçu ala bilər
“İpsviç”in hücumçusu Liam Delap karyerasını Premyer Liqanın başqa komandasında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun yeni klubu “Mançester Yunayted” ola bilər.
“Qırmızı şeytanlar”ın Delapın transferinə görə 30 milyon avro ödəyəcəyi bildirilir. Həmçinin, ona müddəti 2030-cu ilə qədər olan müqavilə təklif olunacaq.
İngiltərəli forvard 2024/25 mövsümündə 39 oyunda meydana çıxaraq, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



