
İngiltərə klubu Oblaka 3 illik müqavilə təklif etməyə hazırdır
Sloveniya millisinin və “Atletiko”nun qapıçısı Yan Oblak İngiltərə Premyer Liqasına keçə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” 32 yaşlı qolkiperi sıralarına qatmaq istəyir.
“Qırmızı şeytanlar” Oblaka maaş artımı ilə 3 illik müqavilə təklif etməyə hazırdır.
Sloveniyalı qapıçının “Atletiko” ilə müqaviləsi 2028-ci ilin iyunun sonunda başa çatacaq. O, cari La Liqa mövsümündə 19 oyun keçirib, 13 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin