“Mançester Yunayted”in yeni transferi finaldakı məğlubiyyəti yada saldı

“Mançester Yunayted”in müdafiəçisi Matteys de Liqt 2017-ci ildə Avropa Liqasının finalında “Ayaks”la görüşdə indiki komandasına uduzduğunu xatırladıb.

Komanda.az “qırmızı şeytanlar”ın rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı futbolçu uduzduqlarına görə təəssüfləndiyini bildirib:

“Bu, çoxdan idi. Təəssüf ki, uduzduq, amma bu bizim üçün yaxşı təcrübə oldu. 17 yaşım var idi, ona görə də, bu təcrübəyə sahib olmaq vacib idi”.

De Liqt bir müddət əvvəl 55 milyon avroya “Bayern”dən “Mançester Yunayted”ə keçib. O, “Ayaks”da birgə çalışdığı niderlandlı keçmiş baş məşqçisi Erik ten Haqla yenidən bir araya gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button