“Mançester Yunayted”ə “yox” dedi – “Liverpul”a görə
“Yuventus”un heyətində az şans qazanan Əmrə Can İngiltərə Premyer Liqasından təklif alıb.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Mançester Yunayted” almaniyalı futbolçunu heyətinə qatmaq istəyib. Futbolçu ilə əlaqə saxlayan “qırmızı şeytanlar”ın Cana müqavilə təklif etdikləri bildirilir. Amma əvvəllər “Liverpul”un şərəfini qorumuş yarımmüdafiəçi Mersisayd klubunun rəqibinə transfer olumaq istəmədiyi üçün bu təklifdən imtina edib.
Əmrə 2014-2018-ci illərdə “Liverpul”un şərəfini qoruyub.
Bu mövsüm “Yuventus”la 7 oyuna çıxan 25 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin