“Mançester Yunayted”in sahibi “Yuventus”un futbolçusunu istəyir
“Mançester Yunayted”in sahiblərindən olan iş adamı Cim Ratkliff yay üçün transfer hədəfi seçib.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabyo ilə maraqlanır.
29 yaşlı futbolçu hazırda “Yuventus”da çıxış edir. Onun klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatır.
Rabyo İtaliya çempionatının bu mövsümündə 27 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin