“Mançester Yunayted”in sabiq futbolçusu Fransa klubuna keçəcək
“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Cessi Linqard karyerasını Fransada davam etdirəcək.
Komanda.az “Footmercato”-ya istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun agentləri “Lill”lə danışıqlara başlayıblar. İngilis oyunçu özü də Fransada oynamağa razılıq verib.
Linqard “Mançester Yunayted”in yetirməsidir və karyerası ərzində “Lester,” “Birmingem”, “Brayton”, “Derbi”, “Vest Hem”, “Nottingem Forest” klublarında da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin