Varanın İspaniyadan 4 “elçi”si var
“Mançester Yunayted”in müdafiəçisi Rafael Varan yay transfer pəncərəsində İspaniyaya köçə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, fransalı futbolçu ilə La Liqanın bir neçə klubu maraqlanır. “Atletiko”, “Sevilya”, “Real Sosyedad” və “Betis” Varanı öz sıralarına qatmaq istəyir.
31 yaşlı oyunçunun MY ilə müqaviləsi cari mövsümün sonunda başa çatır. Varanın transfer dəyəri 25 milyon avro qiymətləndirilir.
Varan Premyer Liqanın bu mövsümündə 21 oyun keçirib və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin