MY-nin kapitanının evində bomba həyəcanı

İngiltərənin “Mançester Yunayted” komandasının kapitanı Harri Maquayr ölüm təhdidləri almağa başlayıb.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

29 yaşlı müdafiəçinin oyunundan narazı qalan azarkeşlər onu ölümlə hədələyir. Bu gün ingiltərəli futbolçuya evinə bomba qoyuldduğu ilə bağlı məktub göndərilib. Polis, xilasedicilər və itlərlə Maquayrın həyat yoldaşı və iki qızı ilə birlikdə yaşadığı malikanədə axtarış aparılıb. Lakin evdə bomba tapılmayıb.

Harri Maquayr cari mövsümdə “Mançester Yunayted”in heyətində bu mövsüm meydana çıxdığı 32 matçda 2 qol vurub. “Qırmızı şeytanlar” bu mövsüm topladıqları 54 xalla 6-cı pillədə qərarlaşıb. Son olaraq “Liverpul”a 0:4 hesabıyla uduzan Mançester təmsilçisini qarşıda “Arsenal”la oyun gözləyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button