Qrinvud klubuna geri dönüb

2023/24 mövsümündə icarə əsasında “Xetafe”də çıxış edən 22 yaşlı hücumçu Meyson Qrinvud “Mançester Yunayted”ə qayıdıb.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Mətbuatda ingilis forvardla İtaliyanın “Yuventus” və “Latsio”, İspaniyanın “Valensiya”, Fransanın “Marsel” və Türkiyənin “Fənərbaxça” klublarının maraqlandığı haqda xəbərlər yayılmışdı.

Qrinvud ötən mövsüm bütün turnirlərdə 36 matçda iştirak edib, 10 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun MY ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button