Qrinvud Fransa klubuna keçə bilər
“Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud karyerasını Fransa çempionatında davam etdirə bilər.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, “Marsel” ingiltərəli futbolçunu transfer etməkdə maraqlıdır.
Fransa klubu 22 yaşlı forvardı növbəti mövsüm üçün icarəyə götürməyi planlaşdırır. Tərəflər həmçinin futbolçunun hüquqlarının mümkün alınması ilə bağlı bəndi də müzakirə edirlər.
Qrinvud ötən mövsüm “Xetafe”də icarə əsasında çıxış edib. O, İspaniya çempionatının 33 matçında iştirak edib, 8 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin