
“Mançester Yunayted”in heyətində bu klubda oynamağa layiq olmayan futbolçular yer alıb”
“Mançester Yunayted”in keçmiş qapıçısı Peter Şmeyxel klubun hazırkı vəziyyəti ilə bağlı danışıb.
Komanda.az “Football Talk”-a istinadən xəbər verir ki, Danimarka millisinin keçmiş üzvü “qırmızı şeytanlar”ın uğursuzluğu barədə bunları deyib:
“Komandanın hazırkı durumu heç də yaxşı deyil. Bunun bir çox səbəbləri var. Məncə, “Mançester Yunayted”in heyətində bu klubda oynamağa layiq olmayan futbolçular yer alıb”.
60 yaşlı Şmeyxel 1991-1999-cu illərdə “Mançester Yunayted”in qapısını qoruyub. O, bundan əvvəl “Vidovre”, “Brondbü”, “Sportinq”, “Aston Villa” və “Mançester Siti” klublarında forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin