Maquayr qərarını verib

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr gələcəyi ilə bağlı qərar verib.

Komanda.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, ingilis futbolçu Mançester klubunda qalmaq istəyir – yeni baş məşqçinin kimliyindən asılı olmayaraq.

Erik ten Haq yaxın vaxtlarda “qırmızı şeytanlar”ın baş məşqçi postunu tərk edə bilər. Klub hazırda niderlandlı mütəxəssisin son iki mövsümdəki fəaliyyətini təhlil edir.

Maquayr 2023/2024 mövsümündə 31 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button