“Mançester Yunayted”in futbolçusunun sağalma müddəti bəlli olub

“Mançester Yunayted”in mərkəz müdafiəçisi Lisandro Martines İngiltərə çempionatının 23-cü turunun “Vest Hem”lə oyununda (3:0) dizindən zədələnib.

Komanda.az Britaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçunun bərpa müddəti 6-8 həftə çəkəcək. Lakin onun əməliyyat olunmayacağı vurğulanır.

Futbolçu bu mövsüm bütün turnirlərdə 10 matçda iştirak edib və 1 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button