Ərəblər daha bir tanınmış futbolçuya “elçi düşüb”
“Əl-İttifaq” klubu qış transfer pəncərəsində “Mançester Yunayted”in hücumçusu Antoni Marsialı transfer edə bilər.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, ərəblər bu transfer üçün qarşı tərəfə 10 milyon avro verməyə hazır olduğunu açıqlayıb.
Fransalı forvardın Mançester klubu ilə 2024-cü ilin yayına qədər nəzərdə tutulan müqaviləsi var.
Marsial bu mövsüm “Mançester Yunayted”də 19 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin