Qərarını verdi: “Mançester Yunayted”dən ayrılır?
İngiltərənin “Mançester Yunayted” klubundan ayrılacağı deyilən Cessi Linqard qərarını verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu “qırmızı şeytanlar”dan ayrılmayacaq. Linqardın komandada qalmaq istədiyi və müqaviləsini daha bir il uzatmaq niyyətində olduğu bildirilir.
Linqardın “Mançester Yunayted”lə 2021-ci ilin yayınadək nəzərdə tutulan müqaviləsində sözləşməni daha bir illik uzatmaq bəndi var.
2012-ci ildən MY-nin şərəfini qoruyan Linqardın “Arsenal” və “Everton”un hədəfində olduğu bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin