MY-nin futbolçusu millidən ayrıdı

Futbol üzrə İngiltərə yığması itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “Mançester Yunayted”in formasını geyinən Cessi Linqard infeksiyaya yoluxduğu üçün ötən gün AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Bolqarıstanla ev oyununda (4:0) iştirak etməyib.

İngiltərə yığması sentyabrın 10-da doğma meydanda Kosovo ilə qarşılaşacaq. Linqard həmin qarşılaşmada da iştirak edə bilməyəcək. Çünki məşqçilər korpusunun qərarına əsasən o, millinin düşərgəsindən ayrılıb və klubuna qayıdıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button