Varan İtaliya klubu ilə müqavilə bağlayacaq

“Real”ın və Fransa millisinin sabiq müdafiəçisi Rafael Varan karyerasını “Komo”da davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu İtaliya klubu ilə bir mövsüm uzatma imkanı ilə iki illik müqavilə imzalayacaq.

Təcrübəli müdafiəçinin əvvəlki iş yeri “Mançester Yunayted” olub. Varan müqaviləsi başa çatdıqdan sonra “qırmızı şeytanlar”dan ayrılıb.

31 yaşlı futbolçu ötən mövsüm 32 matçda iştirak edib, 1 qol vurub. Onun transfer dəyəri hazırda 20 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button