“Qırmızı şeytan” üçün 2 “müştəri”
“Atletiko” və “Roma” “Mançester Yunayted”in futbolçusunu transfer etmək istəyir.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, hər iki klub Cessi Linqardın xidmətində maraqlıdır. Klubların futbolçunun meneceri ilə əlaqə saxladığı bildirilir. 27 yaşlı futbolçunun “qırmızı şeytanlar”dan ayrılmaq niyyətində olmadığı deyilir.
2012-ci ildən “Mançester Yunayted”in şərəfini qoruyan futbolçunun klubla müqaviləsi 2021-ci ilin yayında başa çatır. Anlaşmada müqaviləni daha bir il uzatmaq maddəsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin