MY-nin futbolçusu Fransa millisindən getdi
İngiltərənin “Mançester Yunayted” klubunun müdafiəçisi Rafael Varan Fransa millisindəki karyerasını başa vurub.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi yığmanın heyətində oynamaqdan imtina edib.
Varan fiziki və psixoloji geriləmə hiss etdiyi üçün bu addımı atıb. Təcrübəli oyunçu ailəsi ilə daha çox vaxt keçirmək istəyir.
Xatırladaq ki, 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olan Rafael Varan ötən il Qətərdəki mundialda gümüş medal qazanıb. 2013-cü ildən yığmanın formasını geyinən müdafiəçi 2021-ci ildə Millətlər Liqasında da qızıl medala sahib çıxıb. O, yığmada bütövlükdə 93 oyun keçirib, 5 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin