24 saat ərzində tibbi müayinədən keçəcək

“Mançester Yunayted”in yarımmüdafiəçisi Donni van de Beek 24 saat ərzində “Ayntraxt”da tibbi müayinədən keçəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu mövsümün sonuna kimi icarə əsasında Frankfurt təmsilçisinin heyətində çıxış edəcək. Müqaviləyə satın alma bəndi də daxil edilib. Bu, məcburi olmayacaq və 11 milyon avro təşkil edəcək.

“Mançester Yunayted” Donni van de Beeki 2020-ci ilin yayında “Ayaks”dan transfer edib. O, bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 2 matçda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button